Google Logo
Google Logo
Google Logo
Google Logo
Google Logo
Google Logo
Google Logo

Xəbərlər

Beynəlxalq Kipr Universitetinin Respublikamızda tanıtım mərasimi

13.06.2013 tarixində Bakı şəhərində yerləşən Golden Coast Otelində Kipr Beynəlxalq Universitetinin tanıtım mərasimi keçirildi.Tədbirdə Kipr Beynəlxalq Universitetinin idarə heyyəti ilə yanaşı Azərbaycan Respublikası Təhsil sahəsində çalışan işçilər,mətbuat və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı konsulu Səadətdin Topukçu bəy də iştirak etmişdir.

Kipr Beynəlxalq Universitetinin Bakı nümayəndəliyi daha bir önəmli addım atdı

Kipr Beynəlxalq Universitetinin Bakı nümayəndəliyi daha bir önəmli addım atdı. Belə ki, "Vəfa" Ziyalı Qadınlar İctimai Birliyinin yaranmasının 5 yaşı tamam olması və bu Birliyin təsis etdiyi "Vəfa" Forum jurnalının ilk buraxılışının nəşr olunması ilə əlaqədar təşkil olunan möhtəşəm seminar-ziyafətdə iştirakına nail oldu.

«Ağıl dəryası»nın qaliblərinə ödənişsiz təhsil paketi təqdim edilib

Kipr Beynəlxalq Universiteti Azərbaycanda “Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi" mövzusunda seminar təşkil edib.

Beynəlxalq Kipr Universiteti Qrafik dizaynı bölümü müəllimi Yrd. Doç. Dr. Marko Kiessel, Almanyanın Köln Universitetinin hazırlamış olduğu “Me'marlıq tarixi, sənət tarixi” adlı konfransda universitetimizi təmsil etdi

Beynəlxalq Kipr Universiteti Qrafik dizaynı bölümü müəllimi Yrd. Doç. Dr. Marko Kiessel, Almanyanın Köln Universitetinin hazırlamış olduğu “Me'marlıq tarixi, sənət tarixi” adlı konfransda universitetimizi təmsil etdi.

Əsas səhifə

KKTC haqqında 

Kipr 9.251 km²-lik ərazisi ilə Aralıq dənizinin Siciliya vəSardiniya adalarından sonra üçüncü böyük adasıdır və Aralıq dənizinin şimal şərqində yerləşir. Ada Türkiyənin 64km cənubunda, Suriyanın 96km qərbində, Misirin 400km şimalında və Yunanınstanın 770km cənub şərqindədir. Sərhəd xəttinin uzunluğu 780km-dir.

Kiprin coğrafi mövqeyi 
Kipr, Aralıq dənizinin şimal şərqində 34'33" və 35'41" coğrafi enliklər ilə 32'17" və 35'35" coğrafi uzunluqlar arasında yerləşir. Şimaldan Türkiyə, şərqdən Suriya və Livan, cənubdan İsrail və Misir, qərbdən isə Rodos və Girit ilə əhatə olunub. Kipr bu mövqeyi səbəbindən böyük bir geostratejik və geopolitik əhəmiyyətə malikdir. Şərqi Aralıq dənizindəki ticarət yollarını, Anadolu sahillərini və Orta şərqi idarə edəbiləcək vəziyyətdə olmağı tarix boyu bir çox dövlətlərin Kipri suverenliyi altına almaq istəməsinə səbəb olmuşdur. 

İqlimi, təbii həyat və bitki örtüyü 
Kipr Aralıq dənizi iqlimi hökm sürür. Yayı isti və quraq, qışı mülayim və yağışlıdır. İllik yağıntı miqdarı 500 mm-dir. Orta temperatur yayda 20-30° C, qışda isə 5-15° C olur. Kipr hər fəsil müxtəlif rənglərə bürünən endemik növ ağac və sahib təbiətə malikdir. Sahil bölgələri akasiya, dağətəyi zonalar isə şam ağacları ilə əhatə olunub. KKTC Aralıq dənizində artıq nadir hallarda görünən tərtəmiz sahil və çimərliklərlə zəngin bir ölkədir. Qazimağusa və Boğaz arasında 24km uzunluğunda yerləşən qızıl qumluqlar şərq sahilləri boyunca davam etməkdədir. 

Telekommunikasiya 
Dünyanın hər bir nöqtəsi ilə telefon, faks və internet əlaqələri saxlama imkanı vardır. 
GSM operatorlar: KKTC TELSİM-0542 KKTC TURKCELL-0533 Elektrik 220/240 Volt A/C. 50 Hz 

Nəqliyyat 
Şimali Kiprdə sol tərəfli nəqliyyat istiqaməti mövcuddur. Adaya daxil olan avtomobillər Şimali Kiprdə mütləq etibarlı sığorta olunmalıdır. Yollarda təyin olunmuş maksimal sürət həddi 100km/saat-dır. 

Dövlət müəssisələrinin iş saatları 
YAY : iyun-avqust Bazar ertəsi : 7:30-14:00 / 15:30-18:00 Çərşənbə aşxamı-Cümə: 7:30-14:00 QIŞ : Sentyabr-May Bazar ertəsi-Cümə : 8:00-12:30 / 13:30-17:00 

Özəl müəssisələrin iş saatları 
YAY : Bazar ertəsi-Cümə : 08:00-13:00 / 16:00-18:30 Şənbə : 08:00-13:00 QIŞ : Bazar ertəsi-Cümə : 08:00-13:00 / 14:00-17:00 Şənbə: 08:00-13.00

İdarəetmə sistemi

Demokratik parlament

Quruluş tarixi

15.11.1983 

Prezidenti

Derviş EROĞLU

Bayraq rəngi 

Qırmızı və ağ 

Paytaxt

Lefkoşa 

Pul vahidi

Türk Lirəsı 

Qonşu ölkələr

Cənubi Kipr, Türkiyə, Suriya, Livan , İsrail, Misir. 

Ərazisi

3,355km2 

Əhalisi

213.500 (Təxminən)